NAXÇIVAN :

05 Noyabr 2026, Cümə axşamı

Braziliya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Luiz İnasio Lula da Silvaya

...

Hörmətli cənab Prezident,

Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Braziliya ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2026-cı il

Nəşr edilib : 05.11.2026 16:08