NAXÇIVAN :

19 Iyun 2025, Cümə axşamı

bp-nin Azərbaycandakı fəaliyyəti, kəşfiyyat və hasilat layihələri ilə bağlı fikir mübadiləsi aparılıb

...

İqtisadiyyat naziri Mikayıl Cabbarov bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklosla görüşüb.

"Şərq qapısı" xəbər verir ki, Nazirlikdən bildirilib ki, görüşdə bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın əhəmiyyətli rolu vurğulanıb. Qeyd olunub ki, ölkəmiz bərpaolunan enerji sahəsində böyük potensiala malikdir.

Bakı Enerji Həftəsi çərçivəsində SOCAR ilə bp arasında əldə edilmiş yeni razılaşmaların enerji sahəsində uğurlu strateji tərəfdaşlığın genişləndirilməsi baxımından önəm kəsb etdiyi bildirilib. bp-nin ölkəmizdə həyata keçirdiyi birgə layihələrdə səmərəliliyin artırılması, innovativ texnologiyaların tətbiqinin önəmi qeyd edilib.

Tərəflər şirkətin ölkəmizdəki fəaliyyəti, karbonsuzlaşma, kəşfiyyat və hasilat layihələri ilə bağlı fikir mübadiləsi aparıblar.

Nəşr edilib : 19.06.2025 16:48