NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb YENİLƏNİB

...

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Sentyabrın 8-də Ağdərə rayonunun Vəngli kəndinə yola düşən növbəti köç karvanı ünvana çatıb.

"Şərq qapısı" xəbər verir ki, Ağdərə rayonunun Vəngli kəndinə bu mərhələdə 29 ailə olmaqla, 105 keçmiş məcburi köçkün gəlib. Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

13:28

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam edir. Sentyabrın 8-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Ağdərənin Vəngli kəndinə yola salınıb.

"Şərq qapısı" xəbər verir ki, bu mərhələdə Vəngli kəndinə 29 ailə - 105 nəfər köçürülür.

Nəşr edilib : 08.09.2025 14:57