Prezident: Əminliklə deyə bilərəm ki, Azərbaycan v...
13:32 06.01.2025
0
0
0
NAXÇIVAN :
06 Yanvar 2025, Bazar ertəsi
Bu gün görkəmli yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri, maarifçi-publisist, naşir Cəlil Məmmədquluzadənin anım günüdür.
Yaratdığı zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda, Cənubi Qafqazda deyil, İran və Türkiyədə də ədəbi-ictimai fikrin inkişafına qüvvətli təsir göstərib.
Ədibin publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirib. O, xüsusilə kiçik hekayə janrının misilsiz ustası olmaqla yanaşı, həm də ən yaxşı hekayələri çox mühüm sosial mətləbləri son dərəcə yığcam bir şəkildə, məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri ilə bir sırada durur.
Ömrünü qələmə kökləyən Cəlil Məmmədquluzadə “Yeni yol” qəzetinin redaktoru, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Azad Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olub, “Maarif və mədəniyyət”, “Yeni kənd”, “Şərq qadını” və sair mətbuat orqanlarında fəaliyyət göstərib. Hətta yaradıcılığında milli şüur (“Anamın kitabı”, 1919), məktəb tərbiyəsi, ümumiyyətlə, xalq maarifi (“Danabaş kəndinin məktəbi”, 1921) problemlərinə geniş yer verib. “Dəli yığıncağı” (1936-cı ildə nəşr olunub) pyesində feodal-patriarxal münasibətlər, din və fanatizmi kəskin tənqid atəşinə tutub.
Qeyd edək ki, Cəlil Məmmədquluzadə, həmçinin Azərbaycanda və Şərqdə qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur.
Böyük ədib 1932-ci il yanvarın 4-də Bakı şəhərində beyin qansızmasından vəfat edib. Fəxri xiyabanda dəfn olunub.
Aidə İBRAHİMOVA
Digər xəbərlər