Bozumbayev: Rusiya və Azərbaycan aviaqəzanın krimi...
22:12 26.12.2024
0
0
0
NAXÇIVAN :
26 Dekabr 2024, Cümə axşamı
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen ölkələri “boş söhbətləri” dayandırmağa və Bakıda keçiriləcək COP29 sammitində diqqəti konkret qərarların qəbuluna yönəltməyə çağırıb.
UNEP-in 2024-cü il üçün hesabatını şərh edən İ.Andersen vurğulayıb ki, bu gün dünya birliyinin qlobal istiləşmənin qarşısını almaq üçün kifayət qədər vəsaiti var, lakin dünyanın qalıq yanacaqdan asılılığına son qoymaq üçün siyasi iradə lazımdır.
"Ölkələr indi fəaliyyəti sürətləndirməli, ambisiyaların miqyaslı şəkildə artırıldığını nümayiş etdirməli və sonra bunu siyasət və konkret tədbirlər vasitəsilə təcili şəkildə həyata keçirməlidir. Əks halda, 1,5°C hədəfə çatmaq mümkün olmayacaq", - icraçı direktor bildirib.
Onun sözlərinə görə, 1,5°C hədəfinə minimum xərclərlə nail olmaq üçün 2030-cu ilə qədər emissiyalar 2019-cu ildəki səviyyə ilə müqayisədə 42 % azaldılmalıdır.
"İstixana qazı emissiyaları 2023-cü ildə 57,1 giqaton karbon dioksid ekvivalenti səviyyəsində yeni tarixi maksimuma çatdığı üçün qlobal istiləşməni 1,5°C-də saxlamaq yalnız 2035-ci ilə qədər emissiyaların illik 7,5 % azaldılması sayəsində mümkün olacaq. İndi verilən vədləri yerinə yetirmək lazımdır - iqlim sahəsində həlledici tədbirlərin zamanı gəlib çatıb”, - İ.Andersen vurğulayıb.
İcraçı direktor qeyd edib ki, 1,5°C hədəfi hələ də realdır və bunun üçün ilk növbədə alternativ enerji mənbələrindən istifadəni genişləndirmək, meşələrin mühafizəsini təmin etmək, tikinti, nəqliyyat və sənaye sektorlarında enerji keçidini sürətləndirmək lazımdır.
“Nəticələrə nail olmaq üçün bizə ümumdövlət yanaşması, sosial-iqtisadi və ekoloji faydaları maksimum dərəcədə artıran tədbirlərin görülməsi, təsirlərin azaldılmasına investisiya qoyuluşunun ən azı altı dəfə artırılması lazımdır. G20 üzvləri, xüsusilə ən böyük emissiya mənbələri qlobal iqtisadiyyatda hakim mövqeyə malik olduqları üçün əsas yükü daşımalı olacaqlar”, - o əlavə edib.
UNEP rəhbəri deyib ki, mahiyyət etibarilə əvvəllər heç vaxt görülməmiş miqyasda və tempdə qlobal səfərbərliyə ehtiyac olacaq.
“Ona görə də mən bütün ölkələrə səslənirəm: Fəaliyyəti gücləndirmək, emissiyaların azaldılması üzrə daha sərt milli öhdəliklər (NDC) üçün zəmin yaratmaq məqsədilə Bakıda keçiriləcək COP29-dan istifadə edin və daha sonra 2030-cu ilə qədər 1,5°C hədəfinə çatmaq üçün səy göstərin”, - o bildirib.
Digər xəbərlər