NDU-da Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmu...
11:51 02.09.2026
0
0
0
Dünyada təxminən 57 ölkə mina və müharibənin partlamamış sursat qalıqları ilə çirklənmiş vəziyyətdədir. Bu, bütöv icmaların təhlükəsizliyinə, sağlamlığına, rifahına, yaşayış vasitələrinə və sülh perspektivlərinə təhlükə yaradır. Cəmiyyətin ən həssas üzvləri olan qadınlar və uşaqlar isə tez-tez bundan böyük zərər görürlər.
"Şərq qapısı" xəbər verir ki, bunu Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransının açılış mərasimində Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisinin adından çıxış edən Nasar Hayat deyib.
O qeyd edib ki, Azərbaycan dünyanın minalarla ən çox çirklənmiş ölkələrindən biridir. Faciələrdən və mina partlayışlarından sağ çıxan insanlar isə mina təhlükəsinin aradan qaldırılması istiqamətində fəaliyyətin nə üçün təxirəsalınmaz olduğunu bir daha xatırladırlar. “Çağırışın miqyasına baxmayaraq, Azərbaycan bu istiqamətdə diqqətəlayiq tərəqqi əldə edib. 2026-2030-cu illər üçün Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi əsasında biz ANAMA-nı dəstəkləməyə sadiqik. Hələ çox iş görülməlidir, daha böyük tərəfdaşlıq və beynəlxalq həmrəylik lazımdır”,- deyə Nasar Hayat bildirib.
Digər xəbərlər