NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

"Birlik–2025” birgə təliminin koordinasiya toplantısı keçirilib

...

Özbəkistanın Səmərqənd vilayətində "Birlik - 2025" birgə regional təliminin koordinasiya toplantısı keçirilib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, təlimə cəlb edilən Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından olan kontingentlərin rəhbər heyəti təlimin tapşırıqları ilə tanış olublar.
Regional təlimin başlanğıc mərhələsi üzrə fəaliyyətlər bölmələr tərəfindən icra edilib.
"Birlik-2025" regional təlimində Azərbaycanın komando və PUA heyətləri təlimin əsas mərhələsinin 20 taktiki epizodu üzrə 14 fəaliyyətin icrasında iştirak edəcəklər.

Nəşr edilib : 13.10.2025 19:23