NAXÇIVAN :

12 Sentyabr 2026, Şənbə

Birinci sinfə gecikən uşaqlar üçün elektron qəbul prosesi sentyabrın 16-da yenidən aktivləşəcək

...

2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş qalan yerlərə məktəb və müəllim seçimi prosesi sentyabrın 16-da başlayacaq.
"Şərq qapısı" xəbər verir ki, elektron qəbul prosesi sentyabrın 16-sı saat 11:00-dan 30-u saat 15:00-dək davam edəcək.
Qeyd olunan tarixlərdə övladları üçün mektebeqebul.edu.az portalında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladlarının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.
Nəzərə çatdırılıb ki, elektron qəbul prosesi yalnız üzrlü səbəbdən birinci sinfə qeydiyyatı gecikən və müəyyən edilmiş müddətdə elektron sistemdə sorğu yerləşdirən uşaqları əhatə edir.
Qeyd olunub ki, 2026-2027-ci tədris ili üzrə bu günədək 124 mindən çox uşaq birinci sinfə qəbul olunub.

Nəşr edilib : 12.09.2026 16:37