NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Bir sıra tibb mərkəzləri “Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyinə verilib

...

Muxtar resublika səhiyyəsində aparılan islahatların davamı olaraq, “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin fəaliyyəti istiqamətində mühüm işlər görülüb, TMİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssislərinin təhvil verilməsi prosesləri davam edir.
"Şərq qapısı" xəbər verir ki, “Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri”, “Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi”, “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası”, “Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzi” və “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqi şəxslərinin “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin tabeliyinə keçirilməsi üzrə təhvil-təslim prosesləri yekunlaşdırılıb.
Proseslərin davamı olaraq, “Naxçıvan Muxtar Respublika Xəstəxanası”, “Culfa Regional Tibb Mərkəzi”, “Şərur Regional Tibb Mərkəzi”, “Şahbuz Rayon Mərkəzi Xəstəxanası” və “Babək Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsləri isə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinə təhvil verilib.

Nəşr edilib : 12.09.2024 19:06