Hakimliyə namizədlər test imtahanı veriblər
15:02 28.06.2026
0
0
0
NAXÇIVAN :
28 Iyun 2026, Bazar
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən “BilBacar” müsabiqəsinin 2025-2026-cı tədris ili üzrə qalibləri müəyyənləşib. Ölkənin müxtəlif bölgələrindən 1300-dən çox ümumi təhsil müəssisəsini əhatə edən müsabiqədə 160 minə yaxın şagird iştirak edib. Oxuyub-anlama bacarıqlarının inkişafına xidmət edən müsabiqədə yüksək nəticə göstərən məktəblilər finalçı adını qazanıb, ən yaxşı nəticə göstərənlər isə qaliblər sırasında yer alıblar.
Müsabiqənin qalibləri arasında Naxçıvan məktəblərinin şagirdləri də var. Culfa şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Əlirza Oğuz I, Ordubad rayon Dəstə kənd tam orta məktəbinin şagirdi Səma Məmmədli isə III yerə layiq görülüb. Uğurlarının sirrini öyrənmək üçün qalib şagirdlərlə həmsöhbət olduq.
Culfa şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Əlirza Oğuz bildirib ki, sinif rəhbərinin tövsiyəsi ilə bədii və informativ mətnlər oxuyaraq müsabiqəyə hazırlaşıb. Onun sözlərinə görə, yarış zamanı ciddi çətinliklə qarşılaşmayıb. Mətnləri diqqətlə oxumaq və verilən sualları düzgün anlamaq ona tapşırıqları uğurla yerinə yetirməyə imkan verib. Qalib olduğunu ilk olaraq müəllimindən öyrəndiyini bildirən şagird həmin anın onun üçün unudulmaz olduğunu vurğulayıb. O, gələcəkdə cəmiyyətə və insanlara faydalı olacaq bir peşəyə yiyələnmək istədiyini bildirib.
Əlirza digər məktəblilərə də tövsiyə edərək deyib ki, oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək üçün boş vaxtlarını səmərəli keçirməli, daha çox kitab və müxtəlif mətnlər oxumalıdırlar.
Ordubad rayon Dəstə kənd tam orta məktəbinin 4-cü sinif şagirdi Səma Məmmədli isə qeyd edib ki, müsabiqəyə hazırlıq müddətində əsas diqqəti mütaliəyə yönəldib. O, çoxlu kitablar oxuduğunu, müəllim və valideynlərinin də bu yolda ona daim dəstək olduqlarını qeyd edib. Şagirdin sözlərinə görə, “BilBacar” müsabiqəsində iştirak etmək və qalib olmaq arzusu onu daha məsuliyyətlə çalışmağa sövq edib. Səma deyir ki, yarış zamanı sualların əksəriyyətini uğurla cavablandırsa da, açıq tipli tapşırıqlarda müəyyən çətinliklərlə üzləşib. Buna baxmayaraq, hazırlıq mərhələsində topladığı bilik və təcrübə ona inamla irəliləməyə kömək edib. Qalib olduğunu öyrəndiyi anı isə böyük sevinc hissi ilə xatırlayır.
Gələcəkdə hakim olmaq arzusunda olan Səma Məmmədli yaşıdlarına da öz tövsiyəsini verib: “Uğur qazanmaq istəyən hər kəs çox çalışmalı və özünə inanmalıdır”.
Qeyd edək ki, hər iki şagird müxtəlif olimpiada və intellektual müsabiqələrdə də uğurlu nəticələr əldə edib. Bu nailiyyətlər göstərir ki, zəhmət, məqsədyönlü hazırlıq və mütaliə vərdişləri məktəblilərin uğur qazanmasında mühüm rol oynayır. “BilBacar” müsabiqəsində əldə olunan nəticələr isə Naxçıvan məktəblilərinin potensialını və onların təhsildə qazandıqları uğurları bir daha nümayiş etdirir.
Zəhra VƏLİYEVA
Digər xəbərlər