Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti...
12:13 18.04.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, güclü yağan qar və yağışlar nəticəsində Şahbuz rayon Biçənək kənd avtomobil yolunda qaya uçqunu baş verib.
Nəticədə, Zərnətun körpüsünün yaxınlığına, yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb.
Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları və canlı qüvvəsi cəlb olunub.
Qaya parçaları qısa müddət ərzində dağıdılaraq ərazidən yığışdırılıb, yolda rahat və təhlükəsiz hərəkət bərpa olunub.
Digər xəbərlər