NAXÇIVAN :

19 Mart 2025, Çərşənbə

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib

...

Ölkə üzrə bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

"Şərq qapısı" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) martın 18-də keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov açıqlayıb.

O bildirib ki, MSK-nın müvafiq qərarlarına əsasən, 15 saylı Yasamal birinci, 18 saylı Nərimanov-Nizami-Binəqədi, 43 saylı Sumqayıt ikinci, 79 saylı Astara dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Qərarlar iclasda ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

Nəşr edilib : 18.03.2025 16:44