“Görmək gözəldir” adlı tibbi aksiya yekunlaşıb...
22:05 28.04.2025
0
0
0
Aprelin 28-də Beynəlxalq Valyuta Fondunun (BVF) Mərkəzi Asiya, Qafqaz və Monqolustan üzrə Regional İnkişafa Dəstək Mərkəzinin (CCAMTAC) Dövlət Maliyyə Statistikası üzrə Təlimatın 2014-cü il (Government Finance Statistics Manual 2014 – GFSM2014) nəşrinin prinsiplərinə uyğun qaydada tərtib edilməsi üzrə texniki dəstək missiyasının Azərbaycana səfəri başlayıb.
Maliyyə Nazirliyindən bildirilib ki, mayın 2-dək davam edəcək missiya zamanı dövlət təsisatları üzrə maliyyə əməliyyatlarının, balans məlumatlarının mərhələli şəkildə hesabatlara daxil edilməsi, bununla da dövlətin maliyyə vəziyyəti ilə bağlı daha əhatəli hesabatın hazırlanması əsas müzakirə mövzularını təşkil edəcək.
Səfər çərçivəsində Maliyyə Nazirliyi ilə yanaşı, Mərkəzi Bank, Qarabağ Dirçəliş Fondu, Mənzil İnşaatı Dövlət Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu və Sosial Xidmətlər üzrə Dövlət Agentliyi ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd olunan hesabatların müvafiq təlimatın prinsiplərinə uyğun qaydada tərtib edilməsi üçün qurumlar arasında koordinasiyalı işin təşkili və potensialın artırılması xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar BVF tərəfindən hər il aidiyyəti qurumların iştirakı ilə texniki yardım missiyaları təşkil edilir. Missiyalar çərçivəsində hesabatların tərtibinə dair problemlər araşdırılır, onların aradan qaldırılması, eləcə də məlumat mübadiləsi ilə bağlı müzakirələr aparılır.
Digər xəbərlər