NAXÇIVAN :

23 Fevral 2025, Bazar

Beynəlxalq Turizm Bələdçiləri Günü ilə bağlı tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Turizm Departamentində 21 fevral – Beynəlxalq Turizm Bələdçiləri Günü münasibətilə tədbir keçirilib. Tədbirdə muxtar respublikada fəaliyyət göstərən turizm bələdçiləri, Naxçıvan Dövlət Universitetində Turizm işinin təşkili üzrə  təhsil alan IV kurs tələbələri və Naxçıvanın turizm könüllüləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə departamentin direktoru Əkbər Novruzov açıb. O bildirib ki,  Prezident cənab İlham Əliyevin turizmin inkişafını ölkə iqtisadiyyatının vacib sahələrindən biri kimi daim diqqətdə saxlaması, turizm sektoruna  göstərilən qayğı, qəbul edilən Dövlət proqramları, formalaşdırılan qanunvericilik bazası ölkəmizdə olduğu kimi, muxtar respublikada da bu sahənin inkişafına səbəb olmuşdur.

 Həmçinin o qeyd etmişdir ki, muxtar respublikamızın geniş turizm potensialının düzgün təbliği və turistlərə çatdırılmasında bələdçilərin üzərinə mühüm vəzifələr düşür.    

Çıxışının sonunda turizm bələdçilərini və turizm sektoru nümayəndələrini  bu əlamətdar gün və Ana dili günü münasibətilə təbrik edən Əkbər Novruzov onlara uğurlar arzulayıb.

"Naxçıvan Travel" MMC-nin rəhbəri,  Dünya Turizm Bələdçilər Assosiasiyası Federasiyasının və Azərbaycan Turizm Bələdçilər Assosiasiyasının üzvü Natiq Paşayev, “Qafqaz Turizm” MMC-nin direktoru, turizm bələdçisi Mehman Şabanov, “Günəş Uşaq Akademiyası” MMC-nin rəhbəri, turizm bələdçisi Ulduz Əliyeva tədbirdə çıxış ediblər.

 Sonda tədbir iştirakçıları ilə maraqlı müzakirə və fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 21.02.2025 18:54