Rumıniya mətbuatı Prezident İlham Əliyevin Çinə sə...
22:49 23.04.2025
0
0
0
NAXÇIVAN :
23 Aprel 2025, Çərşənbə
Aprelin 23-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Müvəkkil aparatının, Ədliyyə Nazirliyinin, Babək Rayon İcra Hakimiyyətinin, yerli bələdiyyə orqanlarının, idarə və təşkilatların əməkdaşları iştirak edib.
Babək Rayon İcra Hakimiyyəti başçısının müavini - şöbə müdiri Səbinə Abbasova, Müvəkkil aparatının şöbə müdiri Vahidə Bayramova və Ədliyyə Nazirliyinin şöbə rəisi Xəyal Eyvazov giriş nitqi ilə çıxış edərək, respublikamızda yerli özünüidarəetmənin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət və ardıcıl tədbirlərin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, ölkənin modernləşməsində, yerli özünüidarəetmənin inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoymasında görülən işlərin və aparılan islahatların əsas məqsədi çevik idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunmasıdır.
Daha sonra Müvəkkil aparatının əməkdaşı Nuranə Kərimovanın “Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi”, Ədliyyə Nazirliyinin əməkdaşı Təbriz Eyvazlının “Yerli özünüidarəetmə - demokratik cəmiyyətin səciyyəvi xüsusiyyəti” və Şıxmahmud bələdiyyəsinin sədri Şəbnəm Tağıyevanın “Yerli xidmətlərin təminatında bələdiyyələrin rolu” mövzularında çıxışları dinlənilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və ölkədə həyata keçirilən yerli özünüidarəetmə siyasətindən bəhs edən videoçarx nümayiş olunub.
Naxçıvan Muxtar Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) mətbuat xidməti
Digər xəbərlər