Ərdoğan Türkiyə, Azərbaycan və Özbəkistan nazirlər...
20:38 03.02.2025
0
0
0
Bələdiyyə seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasına (MSK) 20 müraciət daxil olub.
"Şərq qapısı" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib. O qeyd edib ki, 10 müraciət isə müvafiq dairələrə daxil olub:
"14 müraciət müvafiq dairə seçki komissiyalarında araşdırılır. Bugünkü iclasda isə 2 müraciət araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərildi.
Hazırda əsas məsələ sosial şəbəkələrdə yayılan məlumatlara diqqət etməliyik".
MSK sədri bildirib ki, kimliyindən asılı olmayaraq, özünə bəraət qazandırmağa çalışan istənilən komissiya üzvü cəzalandırılmalıdır: "Bütün tərəflərin hüquqlarının qorunmasının tərəfdarıyıq".
Digər xəbərlər