Yanvarın 27-dən ümumi təhsil müəssisələrində beşgü...
20:00 22.01.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, tədbiri giriş sözü ilə muzeyin direktoru Səbinə Əlincəli açaraq rəssamın həyat və yaradıcılığından ətraflı bəhs edib. Vurğulanıb ki, Bəhruz bəy Kəngərlinin yaradıcılığı və fəaliyyəti, dolğun və çoxşaxəli olub. Bəhruz bəy Kəngərli Azərbaycan boyakarlığında realizmin əsasını qoyub, portret və mənzərə janrının inkişafına müstəsna təsirini göstərib, Azərbaycan da teatr rəssamlığının təməlini yaradıb, Azərbaycan incəsənətinə sərgi mədəniyyətini gətirib. Qeyd olunub ki, Bəhruz bəy Kəngərlinin yaradıcılığı dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Rəssamın yaradıcılığına layiqli qiymət verilib, adı əbədiləşdirilib. Naxçıvan şəhərində rəssamın muzeyi yaradılıb.
Tədbirdə Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, sənətşünas Fizzə Quliyeva “Azərbaycan təsviri incəsənət tarixində Bəhruz bəy Kəngərlinin yeri və rolu”, Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova “Bəhruz bəy Kəngərli ənənələri naxçıvanlı rəssamların yaradıclığında” mövzularında çıxış ediblər.
Sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov Bəhruz bəy Kəngərli haqqında fikirlərini səsləndirib.
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilib.
Digər xəbərlər