NAXÇIVAN :

11 Sentyabr 2026, Cümə

BDYPİ: “Diqqət, uşaqlar!” aylığı çərçivəsində məktəbətrafı ərazilərdə hərəkətin təşkilinə nəzarət gücləndirilib

...

Yeni tədris ilinin başlanması ərəfəsində Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İdarəsi regionlarda fəaliyyətini gücləndirib.

BDYPİ-dən verilən məlumata görə, əsasən avtomagistralların kənarında yerləşən təhsil müəssisələrinin ətrafında, həmçinin məktəblilərin intensiv hərəkət etdiyi küçə və prospektlərdə texniki nizamlama vasitələrinin sazlığının nəzarətdə saxlanılması, istismar prosesində meydana gələn problemlərin vaxtında aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsinə başlanılıb.

İdarənin regional qurumları tərəfindən Qazax, Lənkəran, Şəki, Zaqatala, Gəncə, Mingəçevir, Ağdaş, Tovuz, Qusar, Quba, Biləsuvar və bir sıra digər şəhər və rayonlarda artıq müvafiq manitorinqlər aparılıb, idarəedici qurğularda baş verən nasazlıqlar aradan qaldırılıb.

“Diqqət, uşaqlar!” aylığı çərçivəsində təhsil müəssisələrinə yaxın küçə və prospektlərdə quraşdırılmış işıqfor obyektlərinin iş rejimi nəzarətdə saxlanılmaqla, qurğulara texniki qulluq göstərilməsi, sıradan çıxan hissələrin yenisi ilə əvəz olunması işi davam etdirilir.

Nəşr edilib : 11.09.2026 12:02