NAXÇIVAN :

29 Noyabr 2024, Cümə

BCG Naxçıvanda "yaşıl enerji" zonasının inkişafına dair Konsepsiyanı hazırlayacaq

...

Energetika Nazirliyi Naxçıvan Muxtar Respublikasında "yaşıl enerji" zonasının inkişafına dair Konsepsiyanın hazırlanması prosesinə "Boston Consulting Group International INC” (BCG) şirkətini cəlb edib.

"Şərq qapısı" bu barədə Dövlət satınalmalarının vahid internet portalında dərc olunmuş məlumata istinadən xəbər verir.

Məlumatda bildirilib ki, Energetika Nazirliyi Naxçıvanda "yaşıl enerji" zonasının inkişafına dair Konsepsiyanın və Tədbirlər Planının, habelə ixracla bağlı infrastruktur layihəsinin texniki və iqtisadi təhlili və əsaslandırmasının hazırlanması üçün “The Boston Consulting Group İnternational İNC” şirkətinin Azərbaycandakı filialı ilə 1 milyon 551 min 393,2 manat məbləğində müqavilə imzalayıb.

Müqavilə 31 dekabr 2025-ci il tarixinədək qüvvədə olacaq.

Nəşr edilib : 15.10.2024 10:51