Emoməli Rəhmon Azərbaycan Prezidentinə təbrik məkt...
19:12 23.12.2024
0
0
0
NAXÇIVAN :
23 Dekabr 2024, Bazar ertəsi
Naxçıvan Muxtar Respublikasının Turizm Departamentindən "Şərq qapısı"na verilən məlumata görə dekabrın 22-də Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Batabat yaylağı ərazisində dağ cığırları əsasında piyada marşrutlarının (hiking route) nişanlanması üçün cığırların ilkin kəşfiyyatı, marşrutların müəyyən edilməsi və xəritələrinin hazırlanması, marşrutların nişanlanması üçün GPS yazılarının və hesabatların təqdim edilməsi xidmətlərinin göstərilməsi üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilmiş satınalma müsabiqəsinin qalibi olmuş “MOUNTAİN HOST AZERBAİJAN” MMC-nin nümayəndələri və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşları tərəfindən Şahbuz rayonu Batabat yaylağı ərazisində dağ cığırları əsasında piyada marşrutlarının (hiking route) yaradılması üçün layihələndirmə işlərinə start verilib.
“MOUNTAİN HOST AZERBAİJAN” MMC-nin nümayəndələri Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşları ilə birlikdə Şahbuz rayonu Batabat yaylağında olublar. Dağ cığırları əsasında piyada marşrutlarının ilkin kəşfiyyatı, əlçatanlıqlarının, yol və yaxud cığır mövcudluqlarının araşdırılması aparılıb, həmin cığırlar üzrə yerləşdiriləcək istiqamətverici və məlumatverici nişanların siyahıları, yerləri, sayları və boya nişanlarının yerləri müəyyən edilib. Dağ cığırları əsasında piyada marşrutlarının topoqrafik göstəricilərinə əsaslanan xəritələrin hazırlanması, dəqiq xəritələşdirməni təmin etmək üçün GPS yazılarının hazırlanması, eyni zamanda vəhşi təbiətə, bitki örtüyünə və su ehtiyatlarına potensial təsirlər də daxil olmaqla cığırların yaradılmasının ətraf mühitə təsirlərinin qiymətləndirilməsi, hündürlük dəyişiklikləri, ərazi növləri və mövcud ola biləcək hər hansı maneə və ya təhlükələr daxil olmaqla cığırların çətinlik səviyyəsi haqqında məlumatların toplanılması işləri görülüb.
Layihələndirmə işləri yekunlaşdırıldıqdan sonra növbəti mərhələdə nişanların quraşdırılması üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tenderin elan olunması və gələcək il ərzində dağ cığırlarının nişanlanması prosesinin başa çatdırılması nəzərdə tutulur.
Digər xəbərlər