NAXÇIVAN :

06 Dekabr 2025, Şənbə

Baş Prokurorluq vətəndaşların adına saxta sahibkarlıq subyektlərinin qeydiyyatdan keçirilməsi ilə bağlı məlumat yayıb

...

Azərbaycanda yüzlərlə vətəndaşın etibarından sui-istifadə edilərək onların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirilib, həmin “yalançı sahibkarlıq” subyektlərindən istifadə etməklə törədilmiş əməllərlə dövlət büdcəsinə külli miqdarda zərər vurulub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, belə qanunsuz sxemlərə qoşulan şəxslər, habelə onlara şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyəti daşıyırlar.

“Vətəndaşlardan xahiş olunur ki, heç bir halda şəxsiyyət məlumatlarını tanımadıqları şəxslərə verməsinlər və şübhəli hallarla üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat versinlər”,- deyə məlumatda qeyd olunub.

Nəşr edilib : 03.12.2025 15:48