NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

Baş prokuror: prokurorluq orqanları tərəfindən 75,3 milyon manatdan artıq məbləğdə ziyan ödətdirilib, 33,4 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub

...

"Şərq qapısı" xəbər verir ki, yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Geniş Kollegiya iclası keçirilib.
Geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib.
Baş prokuror bildirib ki, 2024-cü ildə prokurorluq orqanları tərəfindən 75 milyon 300 min 895 manat məbləğində ziyanın ödənilməsi təmin edilib. 
Həmçinin, əlavə edilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 3 milyon 453 min 680 manat məbləğində pul vəsaiti ödənilib, 33 milyon 432 min 362 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub.

Nəşr edilib : 27.01.2025 09:46