Naxçıvan Muxtar Respublikasının yeni kənd təsərrü...
21:43 21.05.2025
0
0
0
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev mayın 21-də Dağıstan Respublikası Hökuməti sədrinin müavini Rizvan Qazimaqomedov ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, Nazirlər Kabinetindən bildirilib ki, görüşdə Azərbaycan və Rusiya arasında əməkdaşlıq çərçivəsində Rusiya Federasiyasının müxtəlif regionları, xüsusilə də ortaq tarixi və mədəni dəyərlərlə bağlı olan Azərbaycan-Dağıstan münasibətlərinin xüsusi önəm daşıdığı vurğulanıb.
Həmçinin Azərbaycan ilə Dağıstan arasında əməkdaşlıq münasibətlərinin ticarət-iqtisadi, nəqliyyat-logistika, sənaye kooperasiyası, kənd təsərrüfatı və aqrar sənaye, eləcə də humanitar sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.
Görüşdə, həmçinin 2023-2025-ci illər üzrə Əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair Tədbirlər Planının icrası müzakirə olunaraq, əməkdaşlığın genişləndirilməsi məqsədilə perspektivli istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Digər xəbərlər