NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Baş nazir: Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi layihələr nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır

...

Gürcüstan hökuməti Bakı-Tbilisi-Qars dəmir yolu, Anakliya dəniz limanı və bu kimi beynəlxalq əhəmiyyətli nəqliyyat strukturlarının möhkəmlənməsi və əlaqələrin genişlənməsi üçün səylərini artırıb.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı çərçivəsində təşki olunan dəyirmi masada çıxışı zamanı deyib. Baş nazir, həmçinin nəqliyyat və enerji marşrutlarının şaxələndirilməsinin vacibliyini vurğulayıb, bu kontekstdə Cənub Qaz Dəhlizi və Qara dəniz sualtı kabeli layihələrinin strateji əhəmiyyətini qeyd edib.

Nəşr edilib : 04.05.2026 21:26