İspaniya Krallığı Deputatlar Konqresinin sədri Azə...
22:32 22.01.2026
0
0
0
İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atır. Təşkilat qadınların dəstəklənməsində çox israrlıdır. Biz BMT-nin çətiri altında regionda qadınlar üçün daha keyfiyyətli həyat təmin etmək niyyətindəyik.
"Şərq qapısı" xəbər verir ki, bunu ECO-nun Baş katibinin müavini Silapberdi Nurberdiyev təşkilatın Qadınlar Forumunun açılış mərasimində deyib.
O bildirib ki, forum qadınların güclü iqtisadi cəmiyyətin qurulmasındakı rolunu bir daha ortaya çıxaracaq. “Qadınlara təkcə ənənəvi deyil, müasir sahələrdə də dəstək göstərilməli, onların rəqəmsal bacarıqları artırılmalıdır. Artıq təşkilatın qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planları da hazırdır”, - deyə Silapberdi Nurberdiyev diqqətə çatdırıb.
Digər xəbərlər