NAXÇIVAN :

25 Aprel 2025, Cümə

Baş katib: ATƏT minaların təmizlənməsində dəstək göstərməyə hazırdır

...

Biz ərazilərin minalardan təmizlənməsi sahəsində həm Azərbaycana, həm də Ermənistana dəstək göstərməyə hazırıq. ATƏT-in bu istiqamətdə zəngin təcrübəsi mövcuddur.

"Şərq qapısı" xəbər verir ki, bunu ATƏT-in Baş katibi Ferudin Sinirlioğlu aprelin 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında söyləyib.

O qeyd edib ki, əgər tərəflər istək göstərərsə, ATƏT bu istiqamətdə hər iki ölkəyə dəstək verməyə hazırdır.

Nəşr edilib : 25.04.2025 19:31