NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Baş katib: AQEM təhlükəsizlik məsələlərinə çox diqqətlə yanaşır

...

Biz AQEM könüllü sərgisini açacağıq və orada bir təqdimat keçirəcəyik. Orada bizim üzv ölkələrimiz öz nailiyyətlərini digər ölkələrlə paylaşacaqlar.

"Şərq qapısı" xəbər verir ki, bunu “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində keçirilən mətbuat konfransında AQEM-in Baş katibi Kayrat Sarıbay deyib.

O bildirib ki, AQEM çərçivəsində təhlükəsizlik məsələlərinə çox diqqətlə yanaşılır. Su, qida və digər bu kimi təhlükəsizlik məsələlərinin hamısı bir-birinin parçasıdır. Bunlar böyük bir sülh mühitini təmin edir. Əsas məqsəd budur. Təəssüf ki, hər yer təhlükəsiz deyil. Amma bizim 28 üzv ölkəmiz buna səy göstərməkdədir.

Nəşr edilib : 14.04.2026 15:46