NAXÇIVAN :

17 Aprel 2025, Cümə axşamı

Bakıdan Naxçıvana qanunsuz meyvə-tərəvəz gətirilib

...

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikası ərazisindən tranzit keçməklə Bakıdan Naxçıvana meyvə-tərəvəz yükü gətirən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Naxçıvan Karqo Terminal” gömrük postunda baxış keçirilib.
"Şərq qapısı" xəbər verir ki, stasionar rentgen qurğusunun təsvirlərində uyğunsuzluq qeydə alındığından avtomobil əsaslı yoxlamaya cəlb olunub. Yoxlama zamanı nəqliyyat vasitəsindən 4390 kq alma yükünün İran İslam Respublikası ərazisində boşaldıldığı və yerinə 3600 kq portağal, 630 kq xiyar və 160 kq qarpızın yükləndiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 04.04.2025 16:09