NAXÇIVAN :

19 Yanvar 2026, Bazar ertəsi

Bakıda Türk Dövlətləri Təşkilatının Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilir

...

Noyabrın 27-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilir.

"Şərq qapısı" xəbər verir ki, iclasda TDT-nin müvafiq sahə üzrə 2025-ci il üçün Fəaliyyət Planının icra vəziyyəti müzakirə ediləcək və 2026-cı il üçün uyğunlaşdırılaraq yenilənəcək. Həmçinin TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısının yekun sənədi olan Kommünike layihəsi ətrafında fikir mübadiləsi aparılacaq, növbəti toplantının keçirilmə yeri və tarixlərinə dair təkliflər müzakirə ediləcək.

Nəşr edilib : 27.11.2025 10:10