Vətəninə, torpağına bağlı idi
21:22 25.11.2024
0
0
0
NAXÇIVAN :
25 Noyabr 2024, Bazar ertəsi
Latviya Respublikasının elan olunmasının 106-cı ildönümü münasibətilə noyabrın 25-də Bakıda rəsmi qəbul təşkil edilib.
"Şərq qapısı" xəbər verir ki, rəsmi qəbulda əvvəlcə Azərbaycanın və Latviyanın Dövlət himnləri səsləndirilib. Sonra çıxış edən Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya COP29-un uğurla başa çatması münasibətilə ölkəmizi təbrik edib. Azərbaycana belə mühüm tədbirə peşəkarcasına ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib.
"Latviya və Azərbaycan arasında fəal şəkildə artan əməkdaşlığı yüksək qiymətləndiririk. İl ərzində hər iki ölkəyə siyasi və işçi səviyyədə çoxlu sayda səfərlər oldu, o cümlədən Latviya Parlamentinin sədrinin, Parlament üzvlərinin və dövlət nümayəndələrinin səfərlərini qeyd etmək istərdim. Latviya və Azərbaycan əlaqələrinin daha da gücləndirilməsində iştirak edən hər bir kəsə təşəkkür edirəm", - deyə səfir vurğulayıb.
Azərbaycanın Latviya üçün mühüm iqtisadi tərəfdaş olduğunu diqqətə çatdıran Edqars Skuya, həmçinin əlavə edib: "Ticarət dövriyyəsi keçən son iki il ərzində artıb. Hər iki ölkə ixrac, idxal və bir çox sahələrdə ticari və iqtisadi əməkdaşlığın artırılmasına maraqlıdırlar. Dövlətlərarası Komissiyanın gələn il keçirilməsi planlaşdırılır. Bundan əlavə, bizim 14 bələdiyyə ilə fəal əməkdaşlığımız mövcuddur. Biz gənclər arasında Latviyada təhsilə marağın artdığını görürük".
O qeyd edib ki, 106 il əvvəl qurucu atalarımız Latviyanın müstəqilliyini elan etmək üçün çox tarixi bir addım atdılar: “Bu, qətiyyətli və cəsarətli qərar idi. O vaxtdan bəri biz tariximizin uzun və faciəli dövrlərindən keçsək də, dövlətimizi inkişaf etdirməyə nail olmuşuq. Ancaq hələ də çox dramatik və çətin vaxtlardır. Bu gün biz güclü şəkildə öz ölkəmizin və bütün regionda sülh və stabilliyin yanında dayanmışıq və hər bir ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”.
Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev çıxışında iki ölkə arasındakı münasibətlərin xoş tarixi ənənələrə söykəndiyini vurğulayıb: “XX əsrin əvvəllərindən Latviyanın tanınmış yazıçıları, rəssamları və musiqiçiləri Azərbaycanda yaşayıb, ölkəmizin tərəqqisinə öz töhfələrini veriblər. Bu ilin əvvəlində - yanvarın 11-də biz Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Ötən müddət ərzində ölkələrimiz arasında qarşılıqlı etimada, anlaşmaya, hörmətə əsaslanan münasibətlər qurulub. Dövlət və hökumət başçıları, parlament sədrləri və hökumət üzvləri səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib və əməkdaşlığımız bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə uğurla inkişaf edib”.
O bildirib ki, Azərbaycan Prezidentinin 2017-ci ildə Latviyaya rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. “Bu il Latviya Seyminin sədri ölkəmizdə səfərdə olub. Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirlərimizin görüşü olub. Riqada Xarici İşlər nazirlikləri arasında 3-cü Strateji Dialoq görüşü baş tutub. Bütün bunlar davamlı siyasi dialoqun yaxşı göstəriciləridir. Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya müvafiq sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının müzakirəsi üçün faydalı platforma rolunu oynayır. Əminik ki, birgə səylərimiz nəticəsində Azərbaycan ilə Latviya arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri növbəti illərdə dövlətlərimizin və xalqlarımızın rifahı naminə daha da genişlənəcək", - deyə F.Rzayev əlavə edib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Digər xəbərlər