NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Bakıda İqlim Fəaliyyəti Həftəsi işə başlayıb

...

Sentyabrın 30-da Bakıda İqlim Fəaliyyəti Həftəsi işə başlayıb.

Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov çıxış edəcək, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil və Bonn meri, ICLEI sədri Katja Doernerin videomesajı dinləniləcək.

Rəsmi hissədən sonra sessiyalar keçiriləcək.

Bakıda İqlim Fəaliyyəti Həftəsi oktyabrın 4-dək davam edəcək.

Nəşr edilib : 30.09.2024 10:12