NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Bakıda COP29 Sədrliyinin təşəbbüsü ilə İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq keçirilib

...

Sentyabrın 3-də Bakıda COP29 sədri qismində Azərbaycanın təşəbbüsü ilə “İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq” keçirilib.

Tədbirdə ümumilikdə 120-dən çox ölkə və beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilər, o cümlədən Türkiyə, Özbəkistan, Yaponiya, Gürcüstan, Qazaxıstan, Braziliya, Qırğızıstanın nazir və nazir müavinləri, UNFCCC-nin icraçı katibi, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini, Avropa İttifaqı, Avstraliya, Norveç, İsveçrə, Almaniya, Birləşmiş Krallıq, BƏƏ, Səudiyyə Ərəbistanı kimi ölkələrin iqlim üzrə baş danışıqçıları və digər nümayəndələr iştirak ediblər.

Dialoqda açılış nitqi ilə çıxış edən COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev iqlim dəyişmələri ilə mübarizədə qlobal səviyyədə əməkdaşlığın önəmini vurğulayıb. O, bu il ilk dəfə təqdim ediləcək İkiillik Şəffaflıq Hesabatlarının (Biennial Transparency Report/BTR) iqlim dəyişmələri sahəsində görülən işlərin obyektiv qiymətləndirilməsində mühüm rol oynadığını bildirib. Bu hesabatlar Paris Sazişi çərçivəsində ölkələrin öhdəliklərini yerinə yetirməsində önəmli rol oynayacaq, eyni zamanda, iqlim dəyişmələri ilə mübarizə istiqamətində həyata keçirilən fəaliyyətləri daha da gücləndirərək, qlobal səviyyədə bu səylərə əhəmiyyətli töhfə verəcək.

Dialoq çərçivəsində Azərbaycanın COP29 Sədrliyinin iqlim şəffaflığı sahəsində mühüm irsi olacaq “Bakı Qlobal İqlim Şəffaflığı Platforması” (Baku Global Climate Transparency Platform/BTP) təqdim edilib.

COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev çıxışında bu platformanın əsas məqsədinin qlobal səviyyədə iqlim şəffaflığı üzrə əməkdaşlığı gücləndirmək, ölkələr arasında etimad mühitini formalaşdırmaq və inkişaf etməkdə olan ölkələrə BTR-lərin hazırlanması prosesində dəstək verməkdən ibarət olduğunu vurğulayıb. Bildirib ki, platforma, eyni zamanda, Paris Sazişi çərçivəsində Genişləndirilmiş Şəffaflıq Çərçivəsinin (Enhanced Transparency Framework/ETF) tətbiqini dəstəkləyərək universal iştirakın təmin olunmasına töhfə verəcək.

Tədbir çərçivəsində, həmçinin COP29 Sədrliyinin iqlim şəffaflığı sahəsində apardığı qlobal səylərə əlavə töhfə vermək məqsədilə təyin edilmiş COP29-un iqlim şəffaflığı üzrə yüksək səviyyəli nümayəndələrinin təqdimatı olub.

Tədbirdə çıxış edən nazir və nazir müavinləri, eləcə də digər yüksək səviyyəli rəsmilər iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərin gücləndirilməsinə, şəffaflığın artırılmasına və ölkələr arasında etimad mühitinin yaradılmasına Azərbaycan tərəfindən verilən töhfələrin mühüm əhəmiyyətini vurğulayıb, COP29 sədri qismində ölkəmiz tərəfindən irəli sürülmüş Bakı Qlobal İqlim Şəffaflığı Platformasına (BTP) dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, tədbirin məqsədi iqlim şəffaflığı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsindən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tərəf ölkələr arasında etimad mühitinin formalaşdırılmasına dəstək verilməsindən, İkiillik Şəffaflıq Hesabatlarının (Biennial Transparency Report/BTR) hazırlanmasından və bu istiqamətdə ölkələrə dəstəyin verilməsinin təşviqindən ibarət

Nəşr edilib : 03.09.2024 20:54