NAXÇIVAN :

03 Noyabr 2026, Çərşənbə axşamı

Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək

...

Azərbaycan-İtaliya Biznes Forumu noyabrın 23-də Bakıda keçiriləcək.

"Şərq qapısı" xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin “X” hesabında məlumat yayılıb.

Bildirilib ki, tədbirdə hər iki ölkədən dövlət qurumlarının nümayəndələri və biznes subyektləri iştirak edəcək. Forum plenar sessiya, tematik sessiyalar və B2B görüşlərindən ibarət olacaq.

Tədbirdə enerji (neft-qaz və bərpaolunan enerji), infrastruktur, logistika və tikinti, qabaqcıl sənaye, süni intellekt və yeni texnologiyalar, kritik xammal sahələrində iqtisadi və sənaye əməkdaşlığı imkanları müzakirə ediləcək.

Süni intellektin data mərkəzləri, yüksək məhsuldarlıqlı hesablama və AI infrastrukturu, eləcə də istehsal, logistika, kənd təsərrüfatı və aqrobiznesdə texnologiya transferi, turizm, ixracyönümlü xidmətlər, əczaçılıq, metallurgiya və digər sahələrdə tətbiqi də forumun əsas mövzuları sırasında olacaq.

İştirak üçün qeydiyyat noyabrın 16-dək aparılacaq.

Nəşr edilib : 03.11.2026 11:53