NAXÇIVAN :

18 Yanvar 2025, Şənbə

Bakıda 6 kq çəkidə körpə doğulub

...

Bakıda yanvar ayının 10-da Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qız dünyaya gəlib.

KTM-dən verilən məlumata görə, təbii doğuşla hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub.

Qeyd olunub ki, müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub, hazırda çarpayı rejimində nazal oksigen terapiyasındadır.

Məlumata görə, hazırda körpə və ananın vəziyyəti stabil qiymətləndirilir.

Nəşr edilib : 17.01.2025 09:20