NAXÇIVAN :

03 Iyun 2025, Çərşənbə axşamı

Bakı şəhərində keçirilən festivalda naxçıvanlı şagirdlərin əl işləri nümayiş olunub

...

Dənizkənarı Bulvarda Uşaq İncəsənət Festivalı çərçivəsində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert və əyləncəli proqram keçirilib.
Tədbirdə 2023-cü ildə keçirilən “I Uşaq İncəsənət Festivalı”nın qalibləri tanınmış sənətçilərlə eyni səhnəni bölüşüb, istedadlı şagirdlərin əl işlərindən ibarət guşələr yer alıb. 
Eləcə də "Uşaq İncəsənət Festivalı-2023"də fortepiano nominasiyası üzrə 3-cü yerin qalibi olmuş Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə V sinif şagirdi Turan Abdullayevin də əl işləri nümayiş olunub.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi, eləcə də Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Xatırladaq ki, Naxçıvanda  "Uşaq İncəsənət Festivalı"nın 1-ci turuna yekun vurulub. Festivalda iştirak etmək üçün 1000-dən artıq şagird qeydiyyatdan keçib.

Nəşr edilib : 01.06.2025 21:25