Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib
Heydər Əliyev Fondu, Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə iyulun 18-də Qədim Çin fəlsəfəsinə və mədəniyyətinə həsr olunmuş “Tanımadığımız Konfutsi” adlı gecə keçirilib.
"Şərq qapısı" xəbər verir ki, gecədə çıxış edən Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey “Tanımadığımız Konfutsi” adlı kitab barədə danışıb.
Səfirin sözlərinə görə, əsər Azərbaycan oxucularına Konfutsi fəlsəfəsinə və Çin sivilizasiyasına yeni baxış bucağından yanaşmaq imkanı yaradır. O, Konfutsiliyin Çin mədəniyyətinə dərin təsir göstərdiyini və bu gün də onun ayrılmaz hissəsi olaraq qaldığını vurğulayıb.
Fəlsəfənin əsas prinsipləri haqda məlumat verən Lu Mey deyib: “Bura özünü inkişaf etdirmə, zəhmətkeşlik, insan və təbiət harmoniyası, ümumi rifahın təşviqi daxildir. Bir-birimizin dilini, tarixini və mədəniyyətini öyrənmək xalqlarımız arasında qarşılıqlı anlaşmanı dərinləşdirir və ortaq gələcəyə malik bir bəşəriyyət birliyinin formalaşmasına töhfə verir. Çin və Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri 33 ildir ki, uğurla davam edir. Bu illər ərzində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq dərinləşmiş, xalqlarımıza konkret faydalar gətirən mühüm nəticələr əldə olunub. Bu ilin aprel ayında Prezident İlham Əliyevin Çinə etdiyi dövlət səfəri və səfər çərçivəsində Sədr Si Cinpinlə imzalanan birgə bəyanat əsasında Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq qurulub. Bu sənəd ölkələrimiz arasında münasibətlərin yeni tarixi mərhələyə keçidini rəsmi şəkildə təsdiq edib. Xalqlar arasında təmaslar getdikcə daha da intensiv xarakter alır. Çin–Azərbaycan arasında qarşılıqlı viza rejiminin ləğvi ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi və əməkdaşlığın geniş spektrdə inkişafı üçün yeni imkanlar açacaq. Azərbaycanlı dostlarımızı Çinə səfər edərək Konfutsi fəlsəfəsini və zəngin Çin mədəniyyətini yaxından tanımağa və müasir Çin cəmiyyətinin dinamik inkişafını yerində görməyə dəvət edirik. Azərbaycanın milli dəyərlərinin qorunması, sosial-iqtisadi inkişafı və beynəlxalq mədəni əməkdaşlığın genişlənməsi sahəsində mühüm rola malik olan Heydər Əliyev Fonduna bir daha təşəkkürümüzü bildiririk. Fond uzun illərdir Çin ilə əməkdaşlığa sadiq qalaraq, ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə misilsiz töhfələr verib. Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi dövlət başçılarımız tərəfindən əldə olunmuş razılaşmaların həyata keçirilməsi və iki ölkə arasında dostluq və əməkdaşlığın daha da inkişafı naminə Heydər Əliyev Fondu və azərbaycanlı tərəfdaşlarla birgə işləməyə daim hazırdır”.
Digər xəbərlər