NAXÇIVAN :

22 Oktyabr 2026, Cümə axşamı

Bakı Beynəlxalq Kitab Sərgisində gənc rəssamların kitab illüstrasiyaları nümayiş olunur

...

Azərbaycan Rəssamlıq Akademiyası XII Bakı Beynəlxalq Kitab Sərgisində müəllim, məzun və tələbələrinin kitab illüstrasiyalarından ibarət ekspozisiya ilə təmsil olunur.

Akademiyadan bildirilib ki, sərgi stendi mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin deputatları, rəsmi şəxslər, xarici qonaqlar və diplomatik nümayəndəliklərin təmsilçiləri tərəfindən ziyarət olunub. Təqdim edilən illüstrasiyalar nəşriyyat nümayəndələrinin də xüsusi marağına səbəb olub.

Sərgi çərçivəsində Akademiyanın qrafika ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə kitab illüstrasiyasının hazırlanmasına həsr olunmuş master-klaslara da başlanılıb. Bu təşəbbüs tələbələrin yaradıcılıq potensialının nümayişi, praktiki bacarıqlarının bölüşülməsi və kitab sənayesi ilə yaradıcı əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır

Azərbaycan Rəssamlıq Akademiyasının sərgidə iştirakı təsviri sənətlə kitab mədəniyyətinin qarşılıqlı əlaqəsini təşviq edir, müəllim, məzun və tələbələrin yaradıcılıq nümunələrini geniş auditoriyaya təqdim etməyə, gənc rəssamların peşəkar mühitlə əlaqələrini gücləndirməyə imkan yaradır.

Nəşr edilib : 22.10.2026 10:14