Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyə...
19:57 19.03.2025
0
0
0
Bayramlarımıza xüsusi gözəllik qatan vasitələrdən biri də milli geyimlərimizdir. Çoxəsrlik tarixə malik olan, maddi və mənəvi mədəniyyətin mürəkkəb inkişaf prosesində yaranan bu geyimlərimizin ətrafımızda yaratdığı xoş əhvali-ruhiyyəni hamımız yaşamış və yaşadırıq. “Baharfest”də bunu bir daha yaşadıq. Burada milli geyimlərin sərgisi, həm də satışı təşkil edilmişdi. Geyim dəstləri içərisində gündəlik məişətimizdə istifadə edilməyən geyimlər də özünə yer alıb. Kəlağayılı xanımların “Əcəmi Seyrəngahı”nda əzəmətli Möminə xatın türbəsi önündə dayanması sanki Azərbaycan qadınının ismətini simvolizə edirdi. Al-əlvan parçalardan Naxçıvana aid qadın, kişi və uşaq milli geyim dəstlərinin sərgilənməsi keçmişimizə nə qədər bağlı olduğumuzu bir daha göstərir. “Baharfest”də olan xarici qonaqların da diqqətini bu geyimlər daha çox çəkirdi. Baharın rəngləri kimi gözoxşayan parçalardan tikilmiş bəzəkli küləcələrin, arxalıqların hər biri ayrılıqda sənət əsəri kimi diqqət çəkirdi. Qadınlara xas bəzəkli araqçınlar və kişi baş geyimlərinə aid börk, şişpapaqlara da maraq çox idi. Ucalıq, ismət rəmzi olan baş geyimlərimiz fərqli biçilib-tikilmə xüsusiyyətlərinə görə seçilirdi.
Belə maddi dəyərlərimizin bu gün də yaşadılması onların sabah da yaşadılacağına təminatdır.
Aidə İBRAHİMOVA
Digər xəbərlər