Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Təlim Mərkəzi və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Babək Rayon İcra Hakimiyyətinin inzibati binasında "Əməyin təhlükəsizliyi" mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimin əsas məqsədi əmək fəaliyyətində iştirak edən şəxslərin sağlam və təhlükəsiz iş şəraiti barədə məlumatlılığını artırmaq, istehsalatda potensial risk faktorlarının düzgün qiymətləndirilməsi və onların aradan qaldırılması yolları ilə bağlı bilik və bacarıqları genişləndirmək olub.
Təlimi "Əməyin Mühafizəsi Mərkəzi" publik hüquqi şəxsin Naxçıvan filialının müdiri Ruslan Ələkbərov aparıb. O, iştirakçılara əməyin mühafizəsinin hüquqi və normativ bazası, təhlükəsizlik qaydalarının tətbiq mexanizmləri, iş yerlərində mövcud risk amilləri və onların aradan qaldırılması yolları haqqında ətraflı təqdimatla çıxış edib.
Təlimdə Babək rayonundakı müxtəlif dövlət qurumlarının və müəssisələrin əməkdaşları, o cümlədən icra nümayəndələri olmaqla, ümumilikdə, 30 nəfər iştirak edib. Təlim zamanı real iş nümunələri əsasında praktiki vəziyyətlər təhlil olunub, iştirakçılar arasında fikir mübadiləsi aparılıb.
Naxçıvan Təlim Mərkəzi tərəfindən keçirilən bu cür tədbirlər bölgədə əmək təhlükəsizliyi mədəniyyətinin gücləndirilməsi və müəssisələrdə risklərin idarə olunmasına peşəkar yanaşmanın təşviq edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Təlimlərin digər bölgələrdə də davam etdirilməsi nəzərdə tutulur.
Digər xəbərlər