NAXÇIVAN :

13 Iyun 2025, Cümə

Babək rayonunun bu kəndlərində elektrik enerjisinin verilişində qısa fasilə yaranacaq

...

Sabah 35/10 kV-luq Kərimbəyli yarımstansiyasından qidalanan 10 kV-luq "Kərimbəyli" hava elektrik verilişi xətti cari təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq, Kərimbəyli, Hacıvar, Badaşqan və Yarımca kəndlərində elektrik enerjisinin verilişində 13 iyun 2025-ci il tarixdə saat 10:00-dan 12:00-dək müvəqqəti fasilə yaranacaq.

Abonentlərdən yaranacaq müvəqqəti narahatlığa görə üzr istəyirik.

Nəşr edilib : 12.06.2025 11:58