NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Babək rayonunun bir sıra kəndlərində qaz olmayacaq

...

"Şərq qapısı" xəbər verir ki, 219 mm boru korroziyaya uğradığı  üçün yeraltı xətlərin yerüstü xətlərlə dəyişdirilməsi ilə əlaqədar qaz təchizatı Babək rayonu, Nehrəm qəsəbəsi, Babək şəhəri, Güznüt, Çeşməbasar və Qoşadizə kəndlərində bu gecə saat 00:00-dan müvəqqəti dayandırılacaq. Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
Təbii qazın dayandırıldığı müddət ərzində qaz cihazlarını nəzarətdə saxlamağınızı və təhlükəsizlik qaydalarına riayət etməyinizi sizdən xahiş edirik!

Nəşr edilib : 10.07.2025 16:50