FAO 2025-ci ildə Naxçıvanda yeni layihəyə start ve...
16:30 29.11.2024
0
0
0
NAXÇIVAN :
29 Noyabr 2024, Cümə
Sentyabrın 3-də Babək Rayon Mədəniyyət Sarayında rayon İcra Hakimiyyəti və Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində “Qərbi Azərbaycan tarixi torpaqlarımızdır” mövzusunda tədbir keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının ərazilərini qəsb etmiş ermənilər uzun illər işğal prosesini davam etdirməklə həm də Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlılar məsələsini diqqətdən yayındırmağa çalışınlar. Aparılan təhlillər onu göstərir ki, Azərbaycanın böyük işğal problemi ilə qarşılaşmasına, ölkənin dərin sosial-iqtisadi böhranlarla üzləşməsinə baxmayaraq, Ümummilli Lider Heydər Əliyev müxtəlif çıxışlarında, nitq və bəyanatlarında Qərbi Azərbaycan məsələsinə toxunub, tarixən xalqımıza məxsus bu ərazilərin taleyi ilə bağlı fikirlərini ifadə edib.
Qeyd olunub ki, Prezidentimizin müasir olduğu qədər də tarixi köklərə söykənən, uzaqgörən, çevik və cəsarətli, milli, demokratik, regionda siyasi sabitliyin təminatçısı olan siyasəti ölkəmizi beynəlxalq arenada özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursuna malik nüfuzlu dövlət kimi möhkəmləndirib. Bu baxımdan, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü də müstəsna əhəmiyyət daşıyır. Azərbaycan və dünya ictimaiyyəti Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin növbəti qətiyyətli, gələcəyə hədəflənmiş tarixi addımının şahidi olub.
Tədbirdə Qərbi Azərbaycan əsilli Gülbuta Meydanova doğma yurdu olan Sisyan rayon Qızılcıq kəndi ilə bağlı xatirələrini bölüşüb.
Sonra Qərbi Azərbaycan tarixi ilə bağlı film nümayişi, bədii hissə və sərgiyə baxış olub.
Digər xəbərlər