NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Babək rayonunda Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib

...

Babək Rayon Mədəniyyət Sarayında rayon İcra Hakimiyyətinin və Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Tədbirdə Babək Rayon İcra hakimiyyəti başçısının müavini Səbinə Abbasova qeyd edib ki, bu il müzəffər Azərbaycan xalqı dövlət müstəqilliyimizin bərpasının 33 illiyini qeyd edir. Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsində tarixi xidmətlər göstərib. Dahi şəxsiyyət çətin, mürəkkəb vəziyyətdə xalqı nicat yoluna çıxararaq böyük xilaskarlıq missiyasını yerinə yetirib. Bu gün Ümummilli Liderin yolu layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndər ideyalarının, ölkə başçısının siyasi iradəsinin təntənəsidir ki, bu gün Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin olunub.
Tədbir bədii hissə ilə davam edib,  Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən yaradıcı kollektivlərin və uşaq musiqi məktəblərinin şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib.

Nəşr edilib : 18.10.2024 21:38