Soydaşımız Qazaxıstan Xalq Şurasının tərkibinə dax...
14:10 22.09.2026
0
0
0
NAXÇIVAN :
22 Sentyabr 2026, Çərşənbə axşamı
“Əlilliyi olan şəxslərin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, gündəlik həyat fəaliyyətinin və sosial fəallığının artırılması istiqamətində Naxçıvan Əlilliyi olan şəxslərin Bərpa Mərkəzi müxtəlif reabilitasiya xidmətləri göstərilir”.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Əlilliyi olan şəxslərin Bərpa Mərkəzinin direktoru Zahir Vəliyev deyib.
O qeyd edib ki, mərkəzdə əlilliyi olan şəxslərə müxtəlif istiqamətlər üzrə tibbi reabilitasiya xidmətləri göstərilir. Burada fizioterapiya, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi və digər istiqamətlər üzrə xidmətlər təqdim olunur. Cari ilin 8 ayı ərzində 613 nəfər mərkəzin reabilitasiya xidmətlərindən yararlanıb.
Zahir Vəliyev bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı həyata keçirdiyi sosial dəstək paketinin bir istiqaməti olaraq, postmüharibə dövründə 104 nəfər müharibə ilə əlaqədar əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə təmin edilib.
Mərkəzin maddi-texniki imkanlarının gücləndirilməsi istiqamətində də mühüm addımlar atıldığını qeyd edən direktor, xüsusilə Heydər Əliyev Fondu tərəfindən mərkəzə bir sıra müasir reabilitasiya avadanlıqlarının hədiyyə edildiyini vurğulayıb.
Onun sözlərinə görə, mərkəzdə reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə reabilitasiya xidməti göstərilən şəxslərin sayı 34 faiz artıb.
Zahir Vəliyev əlavə edib ki, bütün bu fəaliyyətlərin əsas məqsədi mərkəzə müraciət edən şəxslərin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, gündəlik həyat fəaliyyətinin və sosial fəallığının artırılmasına dəstək göstərməkdir.
Digər xəbərlər