Azərbaycan Mərakeşdə keçirilən SIAM 2026 sərgisind...
17:22 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
Avqustun 13-də Babək rayonu, Hacıvar kənd inzibati ərazi dairəsinin binasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə “Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin rolu” mövzusunda tədbir keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, tədbirdə Naxçıvan şəhəri və Babək rayonu üzrə fəaliyyət göstərən bələdiyyə üzvləri iştirak ediblər. Görüşün əsas məqsədi yaşıllıqların qorunması, ətraf mühitin mühafizəsi, bu sahədə bələdiyyələrin qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi və aidiyyəti qurumlarla əməkdaşlığın gücləndirilməsi olub.
Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Ramin Allahyarov yaşıllıqların mühafizəsi istiqamətində həyata keçirilən yerli tədbirlər barədə məlumat verib.
Sonra çıxışlar dinlənilib.
“Ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin tələbləri” mövzusunda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov çıxış edərək bələdiyyələrin bu sahədə hüquq və vəzifələri, yaşıllıqların mühafizəsi ilə bağlı qanunvericiliyin pozulmasına görə nəzərdə tutulmuş məsuliyyət tədbirləri barədə ətraflı məlumat verib. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Əli Əlizadə isə “Ekoloji tarazlığın qorunması ilə bağlı dövlət siyasəti” mövzusunda çıxış edərək ətraf mühitin qorunmasına yönəlmiş tədbirlər və bu sahədə bələdiyyələrin iştirakı ilə bağlı fikir və tövsiyələrini bölüşüb.
Sonda mövzular ətrafında müzakirələr aparılıb, iştirakçılar fikir və təkliflərini bildiriblər.
Digər xəbərlər