NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Babək rayon məktəblərində Bilik Günü ilə bağlı tədbirlər keçirilib

...

Sentyabrın 16-da yeni tədris ilinin başlanması ilə əlaqədar Babək şəhər 1 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagird kollektivini təbrik edib, uğurlar arzulayıb. 
Ölkədə aparılan uğurlu təhsil islahatlarından bəhs edən Ovni Muradov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin təhsilə, təhsil işçilərinə olan diqqət və qayğısının bariz nümunəsi kimi ümumtəhsil məktəblərinin təmir-tikinti işləri intensiv şəkildə həyata keçirilir. Son illər təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb, bir sıra məktəblər əsaslı təmir edilib. 
İcra başçısı rayon məktəblilərinin ötən tədris ilində qazandıqları uğurlardan danışaraq bildirib ki, aparılan islahatlar təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına və tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. 
Sonra məktəb direktoru Əli Hacıyev  müəllim və şagird kollektivini təbrik edib, uğurlar arzulayıb.
Bilik Günü tədbirləri rayonun digər məktəblərində də keçirilib, bu tədbirlərdə Babək Rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin əməkdaşları iştirak ediblər.

Nəşr edilib : 16.09.2024 14:20