NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

B növü üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib

...

Bu gün  Dövlət İmtahan Mərkəzi  tərəfindən B növü üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib. “Şərq qapısı” xəbər verir ki, Naxçıvan şəhər 5 nömrəli və 14 nömrəli tam orta məktəbdə keçirilən imtahanda, ümumilikdə, 500  namizəd iştirak edib.  İmtahanın idarə olunmasına 6  imtahan rəhbəri, 49  nəzarətçi cəlb  olunub. Hər bir vəzifə qrupu (BA və BB) üzrə namizədlərə 100 test tapşırığı təqdim olunub.
Qeyd edək ki, imtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.


Bülbül QULİYEVA

Nəşr edilib : 01.12.2024 13:51