NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

B növü üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib

...

Bu gün Dövlət İmtahan Mərkəzi  tərəfindən B növü üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib. İmtahanda namizədlərə seçdiyi  hər bir vəzifə qrupu (BA və BB) üzrə  100 test tapşırığı təqdim olunub. “Şərq qapısı” xəbər verir ki, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin binasında keçirilən imtahanda 297 namizəd iştirak edib. İmtahanın idarə olunmasına 3 rəhbər,  30 nəzarətçi ayrılıb. 
İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

Nəşr edilib : 06.10.2024 14:09