NAXÇIVAN :

30 Iyun 2026, Çərşənbə axşamı

Azərbaycanlı tələbə Özbəkistanda beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb

...

Namanqan şəhərində UNESCO, ICESCO, TÜRKSOY və Özbəkistanın Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə III Beynəlxalq Maqom Sənəti Forumu keçirilib.
“Şərq qapısı” xəbər verir ki, forum çərçivəsində təşkil olunan beynəlxalq müsabiqənin yekun nəticələrinə əsasən, Azərbaycan Milli Konservatoriyasının IV kurs tələbəsi, gənc kamança ifaçısı Nurəddin Tağıyev (zərb alətlərində müşayiətçi – Teymur Cəbrayılov) solo ifaçılıq kateqoriyasında I yerə layiq görülüb.
Qeyd edək ki, müsabiqədə 15 ölkədən 27 ifaçı iştirak edib.

Nəşr edilib : 30.06.2026 19:15