NAXÇIVAN :

02 May 2026, Şənbə

Azərbaycanlı alimlər Beynəlxalq Mühəndislik Akademiyasının rəhbər heyətində təmsil olunurlar

...

Moskvada Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) geniş tərkibdə hesabat-seçki yığıncağı keçirilib. Hesabat yığıncağında BMA-nın prezidenti akademik Boris Qusev hesabat məruzəsi ilə çıxış edib. Məruzə ətrafında müzakirələr aparılıb.

Azərbaycan Mühəndislik Akademiyasından bildirilib ki, vitse-prezident akademik Əhəd Canəhmədov Akademiyada görülən işlər haqqında məruzə ilə çıxış edib.

Müzakirələr yekunlaşdıqdan sonra BMA-nın rəhbərliyinə gizli seçkilər aparılıb. Beynəlxalq Mühəndislik Akademiyasına yenidən yekdilliklə akademik Boris Qusev Prezident seçilib.

Azərbaycandan Azərbaycan Mühəndislik Akademiyasının Prezidenti akademik Arif Paşayev yekdilliklə Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti seçilib. Akademik Əhəd Canəhmədov BMA-nın Prezidentlər Şurasının üzvü seçilib.

Yekunda BMA-ya yeni həqiqi və müxbir üzvlər seçkisi aparılıb.

Nəşr edilib : 19.02.2026 16:11